RU

“Barselona”nı birdəfəlik tərk etdi

Kleman Lanqle “Barselona”dan birdəfəlik ayrılıb.
"Football-plus.az" xəbər verir ki, son mövsümü icarə əsasında “Atletiko”da keçirən 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Sonra isə “Atletiko” rəsmi saytı vasitəsilə Lanqleni birdəfəlik transfer etdiyini açıqlayıb.

Madrid klubu onunla müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıb.

Xatırladaq ki, Lanqle 2018-ci ildən “Barselona”nın futbolçusu idi.

Избранный
49
1
football-plus.az

2Источники