RU

Avtomobil eksperti: Maşın özü qərar verəcək ki, nə vaxt yağ dəyişmək lazımdır

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir avtomobil istehsalçıları çevik yad dəyişmə intervalı texnologiyasından istifadə edərək yağ dəyişmə müddətini avtomobilin real iş şəraitinə əsasən tənzimləyirlər.

Oxu.Az-ın "Rossiyskaya Qazeta"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Aleksandr Sosnovski bildirib.

Onun sözlərinə görə, bu sistem kompüter vasitəsilə yağın vəziyyətini, mühərrik saatlarını, temperaturu, işədüşmə tezliyini və digər parametrləri qiymətləndirərək dəyişmə intervalını dinamik şəkildə tənzimləyir.

Ekspert bildirib ki, ilk belə sistem 1980-ci illərdə "General Motors" tərəfindən sınaqdan keçirilsə də, o dövrdə texnologiya məhdudiyyətləri səbəbindən uğur qazanmayıb.

"İndi isə BMW, "Mercedes-Benz", "Audi" kimi Avropa brendləri bu sahədə liderdir. Məsələn, BMW-nin CBS sistemi yağın vaxtından əvvəl köhnəlməsini aşkar edərək sürücünü xəbərdar edir. Çevik intervallar şəhər şəraitində xərcləri 25%, magistral yollarda isə 40% azalda bilər", - deyə o əlavə edib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Mütəxəssis sürtkü materialları istehsalçılarının da bu yeniliyə uyğunlaşdığını bildirib.

Onun sözlərinə görə, "Volkswagen" kimi brendlər "LongLife" rejimi üçün premium yağlar tələb edir, sabit intervallar üçün isə standart yağlar kifayətdir. Bu, avtomobil sahiblərinə xərcləri optimallaşdırmaq imkanı verir.

Analitiklər 2030-cu ilə qədər yeni avtomobillərin 80%-dən çoxunun bu intellektual sistemlərlə təchiz olunacağını proqnozlaşdırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
1
oxu.az

2Источники