"Football-plus.az" xəbər verir ki, bunu ictimaiyyətə klubun baş direktoru Zvezdan Terziç açıqlayıb.
O, sabiq futbolçuları barədə bunları deyib:
''Bəli, Mimoviçi geri qaytarmaq üçün danışıqlara başlamışıq. Yeni mövsümdə onun kimi futbolçuya ehtiyacımız olacaq. Açığı, ''Fənərbaxça''da və ''Zenit''də şans qazana bilməməsi məni təəccübləndirdi. Çünki müasir futbolun bütün tələblərinə cavab verən bir cinah müdafiəçisidi. Mimoviç ilə artıq geri dönüşü barədə söhbət etmişəm. Amma burda əsas söz sahibi ''Fənərbaxça''dı. Klubun onunla bağlı planlarını öyrənməliyik. ''Fənərbaxça''da bəzi dəyişikliklər gözlənilir. İlk növbədə öz aralarında bəzi məqamlara aydınlıq gətirməlidilər. Ondan sonra onu transfer etmək şansımızın olub-olmadığını görəcəyik. Mimoviçə ehtiyacımız var və onu icarə əsasında heyətimizə cəlb etmək istəyirik. ''Fənərbaxça'' ilə anlaşa bilməsək, başqa variantlara yönələcəyik. Amma mütləq bir sağ müdafiəçi alacağıq''.
Qeyd edək ki, İstanbul nəhəngi 20 yaşlı müdafiəçini ötən mövsümün qış transfer dönəmində 6,7 milyon avroya heyətinə cəlb etmişdi. Amma heyətin planlaşdırılmasında çox ciddi nöqsana yol verən və legioner limiti üzündən Mimoviçi iştirak ərizəsinə sala bilməyən ''sarı-lacivərdlilər'' serbiyalını 6 aylığa ''Zenit''ə icarəyə verməli oldular. Futbolçu Rusiya macərasında cəmi 6 rəsmi oyuna çıxa bildi və mövsüm bitən kimi ''Fənərbaxça''ya qayıtmalı oldu.
Transfer dəyəri 3,5 milyon avro olan Mimoviçin ''Fənər''lə 2029-a qədər müqaviləsi var.