ain.az, Azertag portalına istinadən məlumat verir.
London, 11 iyun, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçiləri Böyük Britaniyanın Baş naziri Kir Starmerin Mavriki ilə Çaqos adalarına dair imzaladığı razılaşmanın dayandırılmasına çağırıblar.
AZƏRTAC “Independent”ə istinadla xəbər verirlər ki, ekspertlər bu razılaşmanın Çaqos icmasının hüquqlarını təmin etmədiyini bildiriblər.
BMT-nin xüsusi məruzəçiləri Nikolas Levrat, KP Aşvini, Bernar Dyuem və Bina Dkosta sözügedən razılaşmanı tənqid edərək, onun Çaqos sakinlərinin hüquqlarını qorumaqda ciddi çatışmazlıqlar daşıdığını bəyan ediblər. Sazişə əsasən, Böyük Britaniya Çaqosun suverenliyini Mavrikiyə qaytarır və əvəzində Dieqo Qarsiyada yerləşən Böyük Britaniya–ABŞ hərbi bazası 99 illik müddətə illik 101 milyon funt-sterlinq qarşılığında yenidən icarəyə götürülür.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, ötən ay Kir Starmerin hökuməti Çaqos icmasının nümayəndələrinin bu sazişə qarşı Ali Məhkəməyə apellyasiya şikayəti verməsinin qarşısını almaq üçün sürətli addımlar atmışdı. Bu səbəbdən Baş nazir artıq sazişi imzaladıqdan bir neçə həftə sonra onu müvəqqəti dayandırmağa çağıran çoxsaylı tənqidlərin hədəfinə çevrilib.
BMT ekspertlərinin sərt reaksiyası fonunda Mühafizəkarlar Partiyası parlamentə bu sazişin qüvvəyə minməsinin qarşısını almağa yönəlmiş qanun layihəsi təqdim edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.