RU

“Müəllim də insandır da, başqasına hədiyyə vermək olar, müəllimə yox?”-FOTO+ÖZƏLğə

“Yazıçı-şairlərin əsərlərinin dərsliklərə salınması ilə bağlı nazirlikdə xüsusi metodik şura məşğul olur. Orada təcrübəli adamlar var. Onlar müəyyən edirlər ki, kimlərin əsərləri, şeirləri dərsliklərə salına bilər. Mən bu işlərdən kənarda olduğum üçün buna bir mövqe bildirə bilmərəm”
 
Bunu Moderator.az-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov deyib. O daha sonra Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirlinin babasının şeirlərinin dərsliklərə az salınması, məhdudlaşdırılması ilə fikirlərinə də münasibət bildirib:
“Mən inanmıram ki, Mirzə Ələkbər Sabirin şeirləri dərsliklərə salınmasın. Ola bilər ki, hansısa sinif dərsliyinə salınmır, o da başqa məsələdir. Bunu araşdırmaq lazımdır. Bütün sinif dərsliklərinə salınması əlbəttə ki, mümkün deyil” deyə o bildirib.
 
Eks Təhsil Naziri öz dövründə məktəblərdə keçirilən “Son zəng”-lə bağlı da xatirələrini bölüşüb:
 
“Artıq üstündən 13 ilə yaxın bir vaxt keçib. Ciddi bir hadisə baş verməyib. O vaxt normal keçirilirdi. Bugünki kimi dəbdəbəyə ehtiyac yox idi. Hər məktəb özünə uyğun qeyd edirdi. Daxili işlər orqanları ilə əlaqə saxlayırdıq. Bu da ola bilərdi ki, gecələr uşaqlar bulvara çıxardılar. Onlarla birgə bu kimi halların qarşısını almağa çalışırdıq. Elə də ciddi problem yarandığını xatırlamıram. İnşallah ki, bu gün də olmaz” deyə o bildirib.
 
Misir Mərdanov Tovuzda valideynlərin qızıl hədiyyə etdiyi müəllimdən də danışıb:
 
“Mənə belə gəlir ki, belə hadisələrin çoxunu şişirdirlər. Mən şəxsən bunlara ehtiyac görmürəm. Müəllimləri hörmətdən salıb, təhsilin nüfuzuna xələl gətirmək olmaz. Bu o demək deyil ki, ölkədəki bütün məktəblərin müəllimləri belədir. Ürəyindən nəsə ona gül, hədiyyə almaq keçirsə nə olar ki? Müəllim də insandır da. Başqasına hədiyyə vermək olar, müəllimə yox?” deyə Misir Mərdanov bildirib.
Избранный
26
1
moderator.az

2Источники