RU

PSJ ilə Donnarumma razılığa gələ bilmədi

BAKI, 11 iyun. TELEQRAF

PSJ italiyalı qapıçısı Canluici Donnarumma ilə müqaviləsinin uzadılması ilə bağlı razılığa gələ bilməyib.

Teleqraf Fransanın “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, bu səbəbdən məşhur qolkiper yaxın vaxtlarda Paris klubunu tərk edə bilər.

Nəşrin məlumatına görə, italiyalı qapıçı ilə “Real Madrid”, “Mançester Siti” və “Mançester Yunayted” maraqlanır.

PSJ Donnarummanı 40 milyon avro dəyərində qiymətləndirir.

Xatırladaq ki, italiyalı qolkiper 2021-ci ilin iyulundan Paris klubunda çıxış edir. Futbolçunun parislilərlə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Избранный
36
teleqraf.com

1Источники