RU

Avstraliya ardıcıl altıncı dəfə dünya çempionatına vəsiqə qazandı

BAKI, 11 iyun. TELEQRAF

Avstraliya millisi DÇ-2026-nın seçmə mərhələsinin son turunda Səudiyyə Ərəbistanı yığmasını 2:1 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, qrupda xal ehtiyatını 19-a çatdıran Avstraliya dünya çempionatına birbaşa vəsiqə qazanıb.

“Yaşıl qitə” təmsilçisi ardıcıl altıncı dəfə mundiala yollanmaq şansı əldə edib.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi çempionatında iştirakçı ölkərin sayı 11 olub. Asiya seçmə zonasında Avstraliyadan öncə Cənubi Koreya, İran, Yaponiya, İordaniya və Özbəkistan final mərhələsinə vəsiqə qazanıb.

Təşkilatçı ölkələrlə bərabər Cənubi Amerikadan Argentina və Okeaniyadan Yeni Zelandiyanın da mundialda iştirakı dəqiqləşib.

Избранный
51
teleqraf.com

1Источники