RU

ABŞ və Çin bəzi ixrac məhdudiyyətlərini aradan qaldırmaq barədə razılığa gəldilər

BAKI, 11 iyun. TELEQRAF

Londonda keçirilən danışıqlarda ABŞ və Çin nümayəndələri ikitərəfli ticarətə qoyulan məhdudiyyətlərin qismən aradan qaldırılması və nadir torpaq metallarının Çindən tədarükünün təmin edilməsinə dair sazişlərin həyata keçirilməsi planı barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-nin ticarət naziri Hovard Lutnik məlumat verib.

Onun sözlərinə görə, qarşılıqlı rüsumların qismən azaldılmasına dair razılaşma əldə edilib.

Tərəflərin razılaşdırdığı plan ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin təsdiqinə təqdim olunacaq.

Lutnik bildirib: “Biz bu çərçivə sazişlərini ölkə rəhbərləri tərəfindən təsdiqləndikdən sonra həyata keçirməyə başlayacağıq. Şübhəsiz ki, nadir torpaq metalları və maqnitlərlə bağlı məsələnin də çərçivə icrası yolu ilə həll ediləcəyini gözləyirik”.

Qeyd edək ki, ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Bessent və ticarət üzrə danışıqlar aparan Ceymison Qri də daxil idi. Çin tərəfini Baş nazirin müavini He Lifen təmsil edib.

Избранный
40
1
teleqraf.com

2Источники