RU

Los-Ancelesdə komendant saatı elan edildi

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində davam edən iğtişaşlar səbəbilə komendant saatı tətbiq edilib.

Demokrat.az xəbər verir ki, bunu şəhər meri Karen Bass açıqlayıb.

Mer bildirib ki, komendant saatı yerli vaxtla 20:00-da başlayacaq və 06:00-a qədər davam edəcək:

“Los Angeles şəhərinin mərkəzindəki vəziyyəti yaxından izləyirəm və icmalarımızı qorumaq üçün yeni tədbirlər görməyə hazırlaşıram. Saat 20:00-dan etibarən Los-Ancelesin mərkəzində komendant saatı elan etdim. Los-Ancelesin mərkəzində yaşamır və ya işləmirsinizsə, bu ərazidən uzaq durun. Hüquq-mühafizə orqanları komendant saatını pozanları cinayət məsuliyyətinə cəlb edəcəklər”.

Избранный
85
4
demokrat.az

5Источники