Şimali Amerika bölgəsi üzrə dünya çempionatının seçmə mərhələsinin XVI turunda beş görüş keçirilib.
Bizim.Media xəbər verir ki, gecənin ilk oyununda Boliviya Çili ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər matçda Uruqvay öz meydanında Venesuelanı qəbul edib. Bu qarşılaşmada da meydan sahibləri 2:0 hesabı ilə üstün olublar.
Gecənin ən maraqlı qarşılaşmalarından biri Argentina və Kolumbiya milliləri arasında olub. İlk hissədən sonra hesabda 0:1 geri düşən, 70-ci dəqiqədə azlıqda qalan Argentina millisi 81-ci dəqiqədə Almadanın vurduğu qolla məğlubiyyətdən xilas ola bilib.
Bundan başqa, bu turda Braziliya millisi Paraqvaydan üstün olub - 1:0.
Peru-Ekvador qarşılaşması isə qolsuz heç-heçə ilə başa çatıb.
Bizim.Media