RU

Türkiyə tarixində ilk dəfə qarşılaşdığı yığmaya uduzdu

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinə mundialın ev sahiblərindən biri olan ABŞ-də hazırlaşan Türkiyə millisi növbəti yoldaşlıq görüşü keçirib.

Fanat.Az xəbər verir ki, “ay-ulduzlular” dünya çempionatına ev sahibliyi edəcək digər ölkənin yığma komandası Meksika ilə qarşılaşıb. 

Tarixində ilk dəfə bu rəqiblə qarşılaşan qardaş ölkə millisi 0:1 uduzub. Oyunda yeganə qolu 45+1-ci dəqiqədə Orbelin Pineda vurub.

Qeyd edək ki, Türkiyə ABŞ-dəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşündə meydan sahiblərini 2:1 hesabı ilə udub. Qarşılaşmada Arda Gülər ​​və Kərəm Aktürkoğlu rəqib qapısına yol tapıb.
 

Избранный
11
1
fanat.az

2Источники