Pew Araşdırma Mərkəzinin yeni nəşr etdiyi araşdırma 2010-2020-ci illər arasında dünyada dindarların sayının necə dəyişdiyini araşdırıb.
Hafta.az-ın yazdığına görə, hərtərəfli araşdırma 2700-dən çox sorğu və siyahıyaalma məlumatlarını bir araya gətirib.
Xristianlar ən böyük dini qrup olaraq qaldılar. Lakin onların ümumi sayı 2,3 milyarda çatsa da, dünya əhalisinə nisbətdə sayı azalıb. Xristianların nisbəti 1,8 faiz azalaraq 28,8 faizə düşüb.
Saharaaltı Afrika Avropadan ən çox xristianın yaşadığı bölgə adını alıb.
İslama inananlar isə əhali artımından müsbət mənada fərqlənirlər. Dünyadakı müsəlmanların nisbəti 1,8 faiz artımla 25,6 faizə yüksəldi.
2020-ci ilə kimi müsəlmanların orta yaşı 24, qeyri-müsəlmanlarınki isə 33-dür.
Araşdırmanın aparıcı müəllifi Konrad Hakket, "10 il ərzində belə dramatik dəyişikliyin baş verməsi diqqətəlayiqdir. Bu müddət ərzində müsəlman və xristian əhalinin sayı bir-birinə yaxınlaşıb. Dünyada ən sürətlə inkişaf edən din İslamdır" deyib.
Hakket həmçinin vurğulayıb ki, hadisələrin gedişatına uyğun olaraq, yaxın illərdə ən çox ardıcılı olan din məhz İslam olacaq.
Hinduların və yəhudilərin sayı isə dünya əhalisinin artmasına mütənasib olaraq artıb. Hinduların sayı 126 milyon artaraq 1,2 milyarda, yəhudilərin sayı isə təxminən bir milyon artaraq 14,8 milyona çatıb.
Digər diqqət çəkən qrup isə özünü heç bir dinə mənsub görməyənlərdir. Onların dünya əhalisinin içində payı artaraq 2010-cu ildəki 23,3 faizdən 2020-ci ildə 24,2 faizə yüksəlib. Dünyada 1,9 milyard insan bu kateqoriyaya aiddir.
Tədqiqatçılar bu qrupun yüksək orta yaş və aşağı doğum səviyyəsinə görə əhaliyə nisbətdə azalacağını proqnozlaşdırmışdılar. Ancaq dindən çıxanlar uğur qazana bilmədilər.
Ən yüksək dini dəyişmə nisbəti xristianlar arasında müşahidə olunub.
"Diqqətlə apardığımız 10 illik araşdırmada biz dünyanın bir çox yerində dindən uzaqlaşmanın ümumi tendensiyasını görürük" deyən Hakket əlavə edib: "Gənclər arasında hər üç xristiandan biri dini tərk edib".
Çin öz inanclarını dinin bir hissəsi kimi görməyən insanların sayına görə liderlik edir. Ölkənin 1,4 milyard əhalisinin 1,3 milyardı bu kateqoriyaya aiddir. Asiya nəhəngini ABŞ (331,5 milyondan 101 milyon) və Yaponiya (126,3 milyondan 73 milyon) izləyir.
10 il ərzində ardıcıllarının sayı azalan yeganə din Buddizm olub. 343 milyondan 324 milyona düşən dini tərk edənlərin sayının səbəbi doğum səviyyəsinin aşağı olması ilə yanaşı, dini tərk edənlərin də sayı olub.