RU

ABŞ-la hava nəqliyyatının bərpası... - Darçiyev

Rusiya yaxın vaxtlarda ABŞ-la iki ölkə arasında birbaşa hava əlaqəsinin bərpası ilə bağlı danışıqlara başlayacağını gözləyir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev deyib.

“Digər prioritet Rusiya ilə ABŞ arasında 2022-ci ildə Vaşinqton tərəfindən hava məkanının bağlanması və sonradan tərəfimizdən oxşar reaksiya ilə kəsilən birbaşa hava nəqliyyatının bərpasıdır. Bu, çoxşaxəli məsələdir və aviasiya orqanlarının iştirakı ilə danışıqların aparılmasını tələb edir, yaxın gələcəkdə danışıqlara başlayacağımızı gözləyirik”, - o bildirib.

Избранный
30
1
axar.az

2Источники