RU

Çili dünya çempionatından kənarda qaldı

Çili ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsindən kənarda qalıb.

Msport.az xəbər verir ki, bu, komandanın seçmə mərhələdə Boliviyaya məğlub (0:2) olmasından sonra reallaşıb.

Məğlubiyyətdən sonra Çili yığması ardıcıl üçüncü dəfə final mərhələsinə adlamaq şanslarını itirib. Komanda seçmə mərhələnin turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qeyd edək ki, Çili Amerika Kubokunun ikiqat qalibidir. 2017-ci ildə Konfederasiyalar Kubokunun finalçısı olan yığma, 1962-ci ildə keçirilmiş dünya çempionatının bürünc mükafatçısıdır.

Избранный
32
2
msport.az

3Источники