Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycanın qızlardan ibarət U-18 millisi Belarusun paytaxtı Minsk şəhərinə yola düşüb.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Evren Alkayanın rəhbərlik etdiyi yığma sözügedən ölkədə Avropa çempionatına hazırlaşacaq.
Təlim-məşq toplanışında taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçiriləcək. Toplanışa 19 iyunda yekun vurulacaq.
Qeyd edək ki, Minsk təlim-məşq toplanışında əsas məqsəd 4-13 iyul tarixlərində Litavın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaqdır.