Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. *** Şəmkirdə baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub. Hadisə nəticəsində avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılova ölüb. Avtomobilin sürücüsü, 2001-ci il təvəllüdlü Ş.Huseynova və sənrnişin 2021-ci il təvəllüdlü Əli Cavanşir oğlu xəsarət alıb. Məlumata görə, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləridir.