Ev qəzalarından necə qorunmaq olar? Bu siyahıya nələr daxildir?
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, evdə təhlükəsiz mühitin yaradılması əsas şərtdir:
Elmar Nurəliyev
"Bu olarsa, istər dağılma, istərsə də digər qəzahalları baş vermir. Təhlükəsizlik tədbirləri evdə hər hansı fəlakət - məsələn, elektrik cərəyanı vurması, dəm qazından boğulma və ya partlayış kimi halların yaşanmaması üçün önəmlidir. Kimyəvi tərkibli yuyucu vasitələr, tikinti materialları kimi məhsullar düzgün saxlanılmadıqda zəhərlənmə riski yaradır. Həmçinin zərərli həşəratlarla mübarizə üçün istifadə edilən dərmanların uşaqların əlinə keçməsi təhlükəlidir. Demək olar ki, hər evdə belə risklər mövcuddur. Ona görə də önləyici tədbirlər mütləq görülməlidir".