İyunun 10-da saat 22:07 radələrində Hacıqabul rayonunun Talış kənd sakini, 1997-ci il təvəllüdlü qadın uşaqsalma sonrası vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub...
Bu barədə Poliqon-a TƏBİB-dən bildirilib.
İlkin məlumata əsasən, 25-26 həftəlik hamilə qadın xəstəxanaya gedərkən yolda döl itirilməsi (uşaqsalma) hadisəsi baş verib və qanaxma səbəbi ilə Doğum evinə müraciət edib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
Şirvanda 6 aylıq körpə ölü doğulub.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Doğuş zamanı körpə ölü doğulub.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info