RU

Braziliya millisi unikal nəticəyə imza atıb

ain.az bildirir, Oxu.az portalına istinadən.

Futbol üzrə Braziliya yığması bütün dünya çempionatlarına vəsiqə qazanmağı bacaran yeganə komandadır.

Oxu.Az xəbər verir ki, bu, "pentakampeonlar"ın Paraqvay üzərində 1:0 hesablı qələbə qazandıqları 2026-cı il dünya çempionatının seçmə oyunundan sonra məlum olub.

Bu qalibiyyət sayəsində Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv DÇ-2026-ya vəsiqə qazanıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Beləliklə, Braziliya 1930-cu ildən keçirilməyə başlayan bütün 23 dünya çempionatlarında iştirak hüququ əldə edib və indiyədək beş qızıl (1958, 1962, 1970, 1994, 2002), iki gümüş (1950, 1998) və iki bürünc (1938, 1978) medal qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
oxu.az

2Источники