RU

Bu balığı İrandan 3 manat 91 qəpiyə alırıq

Cari ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 564.36 ton miqdarında təzə və ya soyudulmuş karp gətirilib.

Valyuta.az xəbər verir ki, bu miqdarda bu miqdarda karpın idxalına 1010,91 min ABŞ dolları vəsait xərclənib.

İdxal olunan karpın bir kiloqramının orta qiyməti 1.79 dollar (3 manat 04 qəpik) olub.

Karp İran İslam Respublikası və Rusiyadan alınıb. İran İslam Respublikasından 237.3 ton miqdarında gətirilən karp üçün 546.71 min ABŞ dolları vəsait xərclənib. Bu ölkədən alınan karpın bir kiloqramının orta qiyməti 3 manat 91 qəpik olub.

Rusiyadan gətirilən 327.06 ton miqdar üçün isə 464.2 min ABŞ dolları vəsait xərclənib. Rusiyadan alınan karpın bir kiloqramının orta qiyməti isə 2 manat 41 qəpik olub.

Mayya Hüseynova

Избранный
31
valyuta.az

1Источники