RU

ABŞ USAID-in bütün xarici nümayəndəliklərini ləğv edib - KİV

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının hökuməti sentyabrın 30-dək ABŞ-ninbeynəlxalq inkişaf agentliyinin (USAID) ölkə xaricindəki bütünnümayəndəliklərini bağlayacaq.

Trend xəbər verirki, bu haqda “The Guardian” nəşri əldə etdiyi DövlətDepartamentinin aidiyyəti sənədinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ dövlət katibi Marko Rubio agentliyinbeynəlxalq ştatının tamamilə ləğv olunması haqda sərəncamverib.

Sərəncama əsasən, bütün mövcud beynəlxalq yardım proqramlarınanəzarət bilavasitə dövlət departamentinə həvalə olunub. SərəncamınUSAID-in dünya üzrə yüzlərlə nümayəndəliyinə, o cümlədən, əlaqədardiplomatik xidmətlərə, podratçılara və 100-dən çox ölkədəki yerlipersonala təsir edəcəyi bildirilir.

Xatırladaq ki, bu il fevralın 3-də ABŞ administrasiyası USAID-infəaliyyətini faktiki olaraq dayandırıb. Bu qurum beynəlxalqtəşkilatların maliyyələşdirilməsinə əhəmiyyətli həcmdə vəsaitayırırdı.

Məqalədə:
Избранный
21
1
az.trend.az

2Источники