Yarımmüdafiəçi Leroy Sane "Qalatasaray"a keçə bilər.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat verib.
Türkiyə klubu almaniyalı futbolçuya illik 10-12 milyon avro məvacib təklif edib. Leroy Sane bu keçidə müsbət yanaşır. O, xüsusilə "Qalatasaray"ın növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak etməsini nəzərə alaraq bu variantı cəlbedici sayır.
Gözlənilir ki, Sane "Bayern"lə birlikdə klublararası dünya çempionatında iştirak etdikdən sonra İstanbul təmsilçisi ilə azad agent statusunda müqavilə imzalayacaq.