"Neftçi" klubunun futbolçusu Emin Mahmudov PFL tərəfindən mükafatlandırılıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Misli Premyer Liqasında "Ayın qolu" layihəsinin qalibi olub.

Onun vurduğu qol may ayı üçün ən yaxşı seçilib.

Dünən milli komandamızı kapitan qismində Macarıstanla yoldaşlıq görüşünə çıxaran Emin bu gün AFFA-nın inzibati binasına baş çəkib.

Mahmudova mükafatı Peşəkar Futbol Liqası İctimai Birliyinin prezidenti Elxan Səmədov təqdim edib.