BAKI, 11 iyun. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Görüşdə Ermənistan ilə Avropa Şurası arasında əməkdaşlıq gündəliyi, müxtəlif sahələrdə birgə proqramların genişləndirilməsi perspektivləri, həmçinin regional məsələlər müzakirə olunub.