Bosniya və Herseqovina Federasiyası Xalq Assambleyasının iclası zalda ilan tapıldığı üçün təxirə salınıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xalq Assambleyası açıqlama yayıb.
Qeyd olunub ki, daha ətraflı araşdırma üçün zal boşaldılıb: "Paytaxt Sarayevodakı parlament binasında keçirilməsi planlaşdırılan iclas, salonda ilan görünməsinin ardından təxirə salınıb". /unikal