RU

Əmək müqavilələrinin sayı artıb

Bakı, 11 iyun, AZƏRTAC

Təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət istiqamətdə təsir göstərməkdə davam edir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 465 min 431 vahid artıb və 2025-ci ilin iyun ayının 1-nə 1 milyon 867 min 346 olub.

Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 451 min 200 vahid artaraq 991 min 122 təşkil edib.

Избранный
41
2
azertag.az

3Источники