RU

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin açıqlaması

Bakı. Trend:

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliyi açıqlama yayıb.

Trend açıqlamanı təqdim edir:“Azərbaycan Respublikasının ərazi bütövlüyünün və tamsuverenliyinin təmin edilməsindən sonra Prezident İlham Əliyevinrəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslıbərpa-quruculuq və yenidənqurma işləri, doğma yurdlarına dönənvətəndaşlarımızın məskunlaşmaları, onların sosial qayğılarınınqarşılanması istiqamətində ardıcıl tədbirlər uğurla davametdirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliyi müvafiq ərazininmüəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək,orada fəaliyyət göstərən dövlət orqanlarının yerli bölmələrininfəaliyyətini əlaqələndirmək, mülkiyyətin mühafizəsini, dövlətəmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma,tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsinintəşkili istiqamətində üzərinə düşən vəzifələri icra edir.

Azərbaycan mediası bu ərazilərdə görülən işləri, dövlətorqanlarının fəaliyyətini hərtərəfli və geniş işıqlandırır, bununlada ölkə ictimaiyyətinin obyektiv məlumatlandırılması ilə bağlıüzərinə düşən vəzifəni peşəkar şəkildə icra edir. Təəssüf ki,“Reaksiya TV” yutub kanalı kimi informasiya vasitələri yanlışməlumat əsasında, heç bir araşdırma aparmadan, qərəzli materiallaryayaraq ictimaiyyətdə dövlətimiz tərəfindən aparılanbərpa-quruculuq, eləcə də sosial-iqtisadi inkişaf layihələri barədəyanlış təsəvvür formalaşdırmağa çalışırlar. Xankəndi şəhərinəyerləşən “Xan Araz” restoranını icarə hüququ ilə istifadəyəgötürmüş vətəndaş Salmanov Səfər Vəliyəddin oğlunun yalaniddialarının səsləndirilməsi və həm aparıcı, həm də AzərbaycanDemokrat Partiyasının sədri Sərdar Cəlaloğlu tərəfindən qərəzlişəkildə şərh edilməsi də bu qəbildəndir.

Vətəndaşın müraciətində səsləndirilmiş iddialara cavab olaraqbildiririk ki, “Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyiantiterror əməliyyatları nəticəsində azad edilmiş ərazilərdə dövlətəmlaklarının istifadəsi ilə bağlı yaradılmış TəşkilatKomissiyası”na daxil olan çoxsaylı müraciətlərin araşdırılması,qaliblərin meyarlar üzrə seçilməsi və müsabiqənin keçirilməsiprosesi müəyyən zaman tələb edir. Vətəndaş Səfər Salmanov isə həminprosedurları keçmədən qısa zamanda qalib edilməsi tələbindəolub.

Müsabiqənin qalibi olduqdan sonra 2024-cü il aprelin 25-də ƏmlakMəsələləri Dövlət Xidməti yanında “Korporativ İdarəetmənin Təşkilivə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə Səfər Salmanovarasında icarə müqaviləsi bağlanan zaman Xankəndi şəhərindəyerləşən qeyri-yaşayış obyektləri üzrə icarə haqlarının qiymətlərivə formalaşma meyarları mövcud olmayıb. İcarə haqları qiymətləri2024-cü ilin aprelində yaradılmış “Xankəndi şəhərində, Ağdərə vəXocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publikhüquqi şəxsin Müşahidə Şurasının 2024-cü il 20 avqust tarixliqərarı ilə təsdiq edilib. Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalırayonlarında qeyri-yaşayış obyektləri üzrə icarə haqları buqiymətlər əsasında və heç bir ayrı-seçkilik edilmədən tətbiqolunur. “Xan Araz” restoranı ilə bağlı da eyni qaydalar tətbiqedilib və vətəndaşa obyekt üçün icarə haqqının yeni qaydalar üzrəhesablanması təklif olunub. Yeni icarə haqqı məbləği vətəndaşıniddia etdiyi kimi 68 dəfə deyil, 64% artım nəzərdə tutur. Lakinsahibkar tərəfindən müqavilənin imzalanmasından əsassız olaraqimtina edilir və obyekt faktiki olaraq qeyri-qanuni fəaliyyətgöstərir.

Bundan başqa vətəndaş tərəfindən şəhərsalma və memarlıqnormaları gözlənilmədən, müvafiq qurumlarla rəsmi razılıq əldəedilmədən qeyri qanuni tikinti - manqalxana inşasına cəhd edilib,ona qanunvericiliyin tələbləri izah edilməklə müvafiq qurumlarıniştirakı ilə tikinti işləri dayandırılıb. Həmçinin, vətəndaştərəfindən guya obyektə 200 min manat dəyərində investisiyaqoyulması faktı da öz təsdiqini tapmayıb. İlk növbədə o, müvafiqsənədləri təqdim edə bilməyib, digər tərəfdən isə obyekt ona təhvilverilərkən aparılmış foto və video çəkilişlərlə faktiki vəziyyətmüqayisə edilib, iddia edilən investisiya məbləğinin dəfələrləşişirdilməsi məlum olub.

Təəssüf doğuran digər hal isə tez-tez “Reaksiya TV”nin efirindəqonaq olan ADP sədri Sərdar Cəlaloğlunun reallıqla heç bir arayasığmayan, hətta savadsız və bəsit mülahizələrlə çıxış etməsidir.Görünür, o, vaxtilə torpaqlarımızın itirilməsinə səbəb olanAXC-Müsavat hakimiyyətinin xəyanətkar siyasətini, o dövrdəkiözbaşınalığı, anarxiyanı, silahlı dəstələrin hökmranlığını,işğalçılarla yanacaq alverini, rüşvət və korrupsiyanın dövlətsiyasəti səviyyəsinə yüksəldiyini, insanların çörəklə sınağaçəkildiyini və bu kimi digər çoxsaylı halları unudub və ya kimsəninxatırlamadığını düşünür. Yəqin ki, S.Cəlaloğlu işğaldan azadolunmuş ərazilərin bərpasının Dövlət Proqramı əsasında həyatakeçirildiyini bilmir və buna görə də orada özbaşınalığı təşviqedir. Onun dövlətin işğaldan azad edilmiş ərazilərdə fəaliyyətgöstərən sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən vəgüzəştlərdən xəbəri belə yoxdur.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən işğaldan azad edilmişərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 ilmüddətində gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergidən azadediliblər. Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaqpay mülkiyyətçiləri və s. tərəfindən ödənilən sosial sığortahaqlarının 2023-cü il yanvarın 1-dən 10 il müddətində 100% həcmindədövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdətutulur. Həmin tarixdən işğaldan azad edilmiş ərazilərdə istehsalfəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ayistehlak olunan kommunal xidmətlərin tariflərinə uyğun olaraqödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaitihesabına maliyyə yardımı göstərilir.

Dövlətin təşviq mexanizmləri və aparılan işlər nəticəsində əraziüzrə ümumilikdə 474 obyektin icarəyə verilməsi təmin edilib,bunlardan 299-u fəaliyyətə başlayıb. Hazırkı dövrədək ərazidəinvestorlar tərəfindən 45.5 milyon manata yaxın investisiyaqoyuluşu həyata keçirilib. Fəaliyyətə başlamış obyektlər üzrə1900-ə yaxın şəxs işlə təmin olunub. Digər obyektlər fəaliyyətəbaşladığında iş yerlərinin sayı 5 mindən çox olacaq. Ərazidə dövlətvə özəl qurumlarda çalışan, eləcə də öz yurdlarına köç etmiş 13mindən artıq şəxsin məskunlaşması təmin edilib.

Göründüyü kimi dövlət tərəfindən işğaldan azad edilmişərazilərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün yuxarıdaqeyd edilən, eləcə də digər effektiv təşviq mexanizmi tətbiqolunur. Bütün bunların müqabilində sahibkarlardan ölkəqanunvericiliyinə ciddi əməl etməklə fəaliyyət göstərmələri tələbolunur. Rəqabət mühitini pozan tələblərin, özləri üçün əlahiddəimtiyaz və digər sahibkarlara ayrı-seçkilik yaradacaq şərtlərinirəli sürülməsi qəbuledilməzdir. Təəssüf ki, bütün yaradılanəlverişli şəraitin müqabilində bəzi sahibkarlar tərəfindən bu cürəsassız tələblər irəli sürülür, tələblərə nail olunmadıqda isə şərvə böhtan xarakterli məlumatların tirajlanmasına cəhdlərgöstərilir.

Qarşı tərəfin rəyini öyrənmədən, birtərəfli qaydada,qanunvericiliyin və “Jurnalistlərinin Etik Davranış Qaydaları”nıntələblərinə zidd olaraq “Reaksiya TV”nin efirində səsləndirilənfikirləri savadsız və qərəzli iddialar, bütünlükdə verilişi isəictimaiyyətin çaşdırılması məqsədi güdən məzhəkə adlamdırmamaqmümkün deyil”.

Məqalədə:
Избранный
129
43
az.trend.az

8Источники