RU

ABŞ və Çin ticarət razılaşmasına nail olub

ABŞ və Çin demək olar ki, ticarət razılaşmasına nail olub.

 

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

 

O bildirib ki, ABŞ və Çin iki dövlətin liderləri tərəfindən təsdiqlənməli olan ticarət razılaşması əldə ediblər.

 

“Bizim Çinlə razılaşmamız demək olar hazırdır. Çin lideri Si və mənim son təsdiqimi gözləyir”, - Ağ Ev lideri vurğulayıb.

 

Onun sözlərinə görə, Çin ABŞ-ı nadir torpaq metalları ilə təmin edəcək:

 

“Nadir torpaq xammalı Çin tərəfindən təmin ediləcək. Biz isə razılaşdığımız kimi çinli tələbələrin kollec və universitetlərimizdən istifadəsini təmin edəcəyik".

 

Tramp bildirib ki, ABŞ 55%, Çin isə 10% tarif əldə edəcək./APA

Tarix: 11 İyun 2025, 16:57   
Избранный
62
14
pravda.az

10Источники