RU

ABŞ-Çin yeni ticarət sazişi təsdiqini gözləyir - Tramp

ABŞ və Çin arasında yeni ticarət sazişi hazırdır və iki ölkənin liderləri səviyyəsində yekun təsdiqi gözləyir.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"Çin ilə razılaşmamız tamamlandı, yalnız Sədr Si Cinpin və mənimlə yekun razılıq qalıb", - deyə o, özünün "Truth" sosial media platformasında yazıb.

Trampın sözlərinə görə, Pekin ABŞ-ı nadir torpaq metalları və digər təbii sərvətlərlə tam şəkildə “əvvəlcədən” təmin etməyi öhdəsinə götürüb və Vaşinqton da öz növbəsində çinli tələbələrin Amerika kollec və universitetlərinə daxil olmasına icazə də daxil olmaqla, müqavilələrini yerinə yetirəcək.

Избранный
62
16
publika.az

10Источники