RU

"Siti"nin vingeri Almaniya yolunda

Almaniya Bundesliqası təmsilçilərindən “Bayer” heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, komanda “Mançester Siti” forması geyinən Cek Qrilişlə yaxından maraqlanır.

Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə Leverkuzen klubu 29 yaşlı vingeri Florian Virtzsin əvəzedicisi olaraq görür.

“Şəhərlilər” oyunçunu transfer etmək istəyən komandalardan 40 milyon avro tələb edir.

Xatırladaq ki, “Siti” Qrilişi 2021-ci ildə “Aston Villa”dan 117,5 milyon avroya heyətinə qatmışdı.

İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 3 qol, 5 assistlə yadda qalıb.

“Seltik” yetirməsi ilə 5 illik müqavilə imzalayıb

"Hall Siti"nin yeni baş məşqçisi bəlli oldu

“Bavariya”nın əsas hədəfi: Niko Uilyams

De Bruynenin "Napoli" ilə müqavilə detalları müəyyənləşdi

Niderland millisinin üzvü rəsmən "Siti"də

Избранный
51
1
apasport.az

2Источники