Bakı. Trend:
Qırğızıstanda ölkə ərazisində miqrasiya qanunvericiliyinipozaraq yaşayan şəxslərlə mübarizə məqsədilə xüsusi proqram həyatakeçirilməyə başlanıb.
Trend xəbər verirki, bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK)mətbuat xidməti məlumat yayıb.
“11 iyun tarixindən etibarən milli təhlükəsizlik orqanlarıtərəfindən "Qanunsuz-2025" adlı xüsusi əməliyyata start verilib”, –məlumatda bildirilir.
Mərkəzi Asiya ölkəsinin aidiyyəti qurumları tərəfindən təqdimolunmuş fotomateriallarda xüsusi xidmət orqanlarının onlarlaqanunsuz miqrantı saxladığı əks olunub.