RU

264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün pul istənildiyi iddia olunurVİDEO

Attestat üçün hər şagirddən 20 manat  pul istənildiyi iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, Bu iddianı övladı Bakıdakı 264 nömrəli məktəb-liseydə təhsil alan valideyn səsləndirib.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən valideyn Rövşən Zeynallı deyir ki, onun övladı Xədicə Zeynallı adıçəkilən təhsil ocağının 9-cu sinif şagirdidir. Valideynin iddiasına görə, qızının oxuduğu sinfin rəhbəri uşaqlardan 20 manat gətirməsini tələb edib.

İddiaların gerçək olub-oladığını öyrənmək üçün 9-cu sinif şagirdlərinin fikirlərini öyrəndik. Onlar da iddiaların doğru olduğunu dedilər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd olunub ki, məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirildi ki, bu il tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır. Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər. Təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
43
27
xezerxeber.az

10Источники