RU

Vuçiç: Ukrayna Serbiyanın humanitar və siyasi dəstəyinə arxalana bilər

Serbiya, Ukraynaya dəstəyini nümayiş etdirmək üçün bir və ya iki şəhəri və ya regionu bərpa etməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Odessada keçirilən “Ukrayna – Cənub-Şərqi Avropa” sammitində çıxışı zamanı bildirib. 

Bundan əlavə, Vuçiç bəyan edib ki, Ukrayna hər zaman Serbiyanın humanitar dəstəyi və ərazi bütövlüyü məsələsində siyasi dəstəyinə arxalana bilər.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiyanın xüsusi hərbi əməliyyata başlamasından bu yana ilk dəfə olaraq 11 iyun tarixində Ukraynaya səfər edib. O, “Ukrayna – Cənub-Şərqi Avropa” sammitində iştirak edib. Tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib.

Избранный
90
50
nocomment.az

10Источники