Acun Ilıcalı "Fənərbağça" klubundan ayrılıb.
Far.Az xəbər verir ki, bu barədə klub rəsmi olaraq məlumat yayıb.
Qeyd olunub ki, İdarə Heyətinin üzvü, vitse-prezident istefa verib.
Xatırladaq ki, Acun Ilıcalı klubda vitse-prezident vəzifəsinə ötən ilin iyununda başlamışdı.