Bakı. Trend:
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusdatəlim-məşq toplanışı keçirməyi planlaşdırır.
Trend xəbər verirki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Milli komandamız iyunun 25-də Minsk şəhərinə yollanacaq vəburada iyunun 28-də, eləcə də iyulun 1-də Belarus yığması iləyoldaşlıq oyunu keçirəcək.
Qarşılaşmaların keçiriləcəyi stadion və başlama saatı barədəməlumat hələlik açıqlanmayıb.