RU

Cənubi Afrikada qış kabusu: Ölənlər və itkin düşənlər var

Cənubi Afrikada güclü qar fırtınası genişmiqyaslı dağıntılara və insan ölümlərinə səbəb olub.

Ölkə.az Oxu.Az-a istinadən bildirir ki, təbii fəlakət nəticəsində azı yeddi nəfər həyatını itirib.

Fırtınadan ən çox zərər çəkən bölgələr Şərqi Keyp və Kvazulu-Natal vilayətləri olub.

Şərqi Keypdə güclü sel nəticəsində bir məktəb avtobusu suda batıb. Xilasedicilər üç uşağı xilas edə biliblər - onların ağaclara sarılaraq sağ qaldığı bildirilir. Lakin hadisə zamanı neçə nəfərin itkin düşdüyü hələ də məlum deyil.

Избранный
67
2
olke.az

3Источники