RU

“Atletik” Niko Uilyamsla müqaviləni uzatmaq istəyir

Bilbaonun “Atletik” klubu vinger Niko Uilyamsı heyətində saxlamaq üçün ciddi addımlar atır.

90deqiqe.Az-ın "AS" nəşrinə istinadən yaydığı məlumata görə, klub bir neçə həftədir ki, futbolçu ilə müqavilənin uzadılması barədə danışıqlar aparır.

Avropanın aparıcı klublarının diqqət mərkəzində olan Uilyams yaxın aylarda gələcəyi ilə bağlı qərar verməlidir. Bununla belə, futbolçunun yaxın vaxtlarda qərar açıqlayacağı gözlənilmir.

22 yaşlı futbolçu “Atletik”in əsas komandasında indiyədək 167 oyunda iştirak edib, 31 qol vurub və 30 məhsuldar ötürmə ilə komanda yoldaşlarına assist edib.

Qeyd edək ki, futbolçunun mövcud müqaviləsində 58 milyon avro dəyərində sərbəstqalma maddəsi yer alır. Bu məbləğ bir çox Avropa nəhənglərinin diqqətini cəlb etməkdə davam edir

Избранный
17
90deqiqe.az

1Источники