Oxu.az saytına istinadən ain.az xəbər verir.
ABŞ-nin nümayəndələri "Avroviziya"nın Rusiya analoqu olan "İntervideniye-2025" beynəlxalq mahnı müsabiqəsində iştirak edəcəklər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yarışın təşkilatçıları bəyan ediblər.
Bildirilir ki, iştirakçıların adları daha sonra açıqlanacaq.
20-dən çox ölkənin iştirak edəcəyi müsabiqə sentyabrın 20-də keçiriləcək. Müsabiqənin qalibi 300 min avro (təxminən 582 min 200 manat - red.) pul mükafatı alacaq.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Artıq 21 ölkə müsabiqəyə marağını təsdiqləyib. Onların arasında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Braziliya, Misir, Hindistan, Meksika, Kuba və digərləri var.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.