BAKI, 11 iyun. TELEQRAF
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlar nəticəsində 73 fələstinli həyatını itirib, çoxlu sayda yaralı var.
Teleqraf xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İsrail əsgərləri səhər saatlarında Qəzzanın cənubundakı Netzarim dəhlizi yaxınlığında kömək gözləyən fələstinlilərə atəş açıb.