RU

3 gün əvvəl yol qəzasında xəsarət alan sürücü xəstəxanada ÖLDÜ

Qax rayonunda üç gün öncə yol qəzasında xəsarət alan sürücü xəstəxanada dünyasını dəyişib.

"Hurriyyet.Az" "Report"a istinadən xəbər verir ki, iyun ayının 8-də Güllük kəndində yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alan 44 yaşlı Eşqin İsmayılov həkimlərin səylərinə baxmayaraq xəstəxanada ölüb.

Qeyd edək ki, “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “Hyundai” daha sonra isə “Honda” markalı avtomobilə çırpılıb.

Hadisə zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
74
5
hurriyyet.az

5Источники