Şimali Makedoniyanın paytaxtı Skopyedə 17 yaşadək güləşçilər arasında təşkil olunmuş U-17 Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
Xədicə Qurbanzadə (49 kq) debütdə kosovolu Elza Nikoçini sonuncu xal prinsipinə əsasən (1:1) üstələyib. Ancaq 1/8 finalda italiyalı Mariya Kaldiero keçilməz olub – 1:5.
Ülviyyə Musayeva (57 kq) ilk mərhələdə bolqarıstanlı Olqa Popovayla bacarmayıb – 0:10.
Fidan Babayeva (65 kq) təsnifat mərhələsində rusiyalı Liliya Yermoxinaya “tuş”la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Babayeva sabah təsəlliverici görüşə çıxacaq. Fidanın rəqibi italiyalı Culiya Karri olacaq.