Bakı. Trend:
Cənubi Afrikanı bürüyən əlverişsiz hava şəraiti son iki gündəazı 49 nəfərin ölümünə səbəb olub.
Trend-inməlumatına görə, bu barədə ən çox zərər çəkmiş Şərqi Keypəyalətinin hökumət başçısı Lubabalo Oskar Mabuyane açıqlama verib.O, yerli SABC radiosuna müsahibəsində bildirib ki, iyunun 11-igünorta saatlarına olan məlumata əsasən, təkcə Şərqi Keypəyalətində 49 nəfər həyatını itirib.
Ən ağır vəziyyət OR Tambo bələdiyyəsində qeydə alınıb. Həlakolanlar arasında körpüdən çaya düşən məktəb avtobusunda olan 4şagird də var. Hazırda daha 4 tələbənin axtarışları davametdirilir. Rəsmilər əvvəlcə 12 nəfərin öldüyünü açıqlamışdı, lakinson rəqəmlər faciənin miqyasını daha da artırıb.
Mabuyane ölümlərin əsas səbəblərinin güclü leysan, buz bağlamışyollarda baş verən sürüşmələr və qar uçqunları olduğunu bildirib.Ölkənin bir sıra magistral yolları təhlükə səbəbindən bağlanıb.Cənub və şərq bölgələri xüsusilə ağır zərbə alıb.
Cənubi Afrika Prezidenti Siril Ramafosa iyunun 11-də səhərsaatlarında xalqa müraciət edərək əhalini bir-birinə yardımgöstərməyə çağırıb.
Qeyd edək ki, iyunun 9-dan etibarən ölkəyə soyuq hava kütləsidaxil olub. Bəzi ərazilərdə gecə temperaturu 0°C-dən aşağı düşüb.Sinoptiklər xəbərdarlıq edirlər ki, bu qış son onilliyin ən sərt vətəhlükəli mövsümlərindən biri ola bilər.