RU

G7 sammitində dünya liderləri ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp “Yeddilik Qrupu” (G7) sammiti zamanı dünya liderləri ilə çoxsaylı təkbətək görüşlər keçirəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə bildirib.

“Prezidentlə digər xarici liderlər arasında kifayət qədər təkbətək ikitərəfli görüşlər olacaq”, - mətbuat katibi bildirib.

Levitt əlavə edib ki, hazırda bütün görüşlərin qrafiki dəqiqləşdirilir və bu barədə jurnalistlərə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, G7 sammiti iyunun 15-17-də Kanadanın Alberta əyalətində keçiriləcək.

Избранный
80
5
qafqazinfo.az

10Источники