Slovakiyanın baş naziri Robert Fiko Brüssel qarşısında şərt qoyub. Əgər o şərt yerinə yetirilərsə, Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketini dəstəkləyəcək.
O, tələbini iyunun 10-da Facebook-da dərc edib.
Slovakiyanın baş nazirinin sözlərinə görə, “Avropa Komissiyası Rusiyadan qaz, neft və nüvə yanacağının tədarükünü tam dayandırdıqdan sonra Slovakiyanın düşəcəyi böhranlı vəziyyətin real həllini təklif etməsə”, ölkəsi Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 18-ci paketini dəstəkləməyəcək.
Qeyd edək ki, iyunun 10-da Avropa Komissiyası Rusiyaya qarşı təcavüzkar ölkənin enerji və bank sektorlarını məhdudlaşdırmağa yönəlmiş yeni sanksiyalar paketinin layihəsini dərc edib, AK prezidenti Ursula fon der Leyen bildirib.
//Samir Qurbanov, Editor.az