Əlverişsiz hava şəraiti ilə əlaqədar Cənubi Afrikanın müxtəlif əyalətlərində yüzlərlə avtomobil böyük tıxaclarda qalıb.
Ajans.az xəbər verir ki, kəskin hava şəraiti böyük dağıntılara səbəb olub. Cənubi Afrikanın əyalətlərindən birində içərisində uşaqların olduğu məktəb avtobusunu sel aparıb. 6 orta məktəb şagirdi həlak olub. Qar Lesotoda da müşahidə olunur.