Vaşinqton administrasiyasının Amerikanın İraqdakı səfirliyinin bəzi əməkdaşlarını və Yaxın Şərqdən olan hərbçilərin ailə üzvlərini ABŞ-a qaytarması mümkün təhlükə ilə bağlıdır.
Operativ Media xəbər verir ki, bunu çərşənbə günü ABŞ Prezidenti Donald Tramp bildirib.
"Onları aparırlar, çünki bu yer təhlükəli ola bilər. Görək nə olacaq", – deyə o, Amerika paytaxtının əsas teatr-konsert kompleksi olan Con Kennedi adına İfa Sənəti Mərkəzinə səfəri zamanı söyləyib.
İranla bağlı danışan ABŞ lideri vurğulayıb: "Biz onların nüvə silahı əldə etmələrinə icazə verə bilmərik. Bu, çox sadədir. Biz onların nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Biz buna icazə verməyəcəyik".