RU

Leysan, dolu yağacaq, şimşək çaxacaq…

İyunun 12-15-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında havanın fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

 

Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Избранный
52
35
senzor.az

10Источники