RU

İsrailin səhər saatlarında Qəzzaya hücumu nəticəsində 57 fələstinli ölüb

İsrail ordusu səhər saatlarında Qəzzanın cənubunda Netzarim dəhlizi yaxınlığında kömək gözləyən fələstinlilərə hücum edib.

Operativ Media xəbər verir ki, bu barədə Fələstin səhiyyə nazirliyi məlumat yayıb.

Hücum nəticəsində 57 fələstinlinin həyatını itirdiyi, 363 nəfərin isə yaralandığı bildirilib.

Mülki müdafiə qrupları həmçinin gecə saatlarında İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda həyatını itirən 11 fələstinlinin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.

 

Избранный
17
10
operativmedia.az

10Источники