RU

Dövlət orqanlarının stasionar və qaynar xətlərinə edilən zənglərin monitorinqi açıqlandı

Sosial Tədqiqatlar Mərkəzi 15 yanvar – 17 fevral tarixlərində dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinin və qaynar xətlərinin monitorinqini aparıb.

Teleqraf xəbər verir ki, monitorinq çərçivəsində 5 ali icra hakimiyyəti, 24 mərkəzi icra hakimiyyəti, 10 publik hüquqi şəxs və 1 yerli icra hakimiyyəti orqanı olmaqla, ümumilikdə 40 dövlət orqanı (qurumu) əhatə edilib.

Sözügedən tarixlərdə bütün dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinə günün birinci və ikinci yarısı üzrə ümumilikdə təkrar cəhdlərlə birgə 3000-dən çox zəng edilib. Müvafiq iş günləri ərzində günün birinci və ikinci yarısında müxtəlif saatlarda dövlət orqanları (qurumları) üzrə 29 qurumdan 23-nin (bəzi qurumların qaynar xətti eynidir və ya yeni yaranıb) stasionar və qaynar xətlərinə, 6 qurumun yalnız stasionar nömrələrinə (qaynar xətləri yoxdur), 8 qurumun yalnız qaynar xətlərinə (stasionar nömrələri yoxdur və ya ləğv edilib)zənglər edilib.

Stasionar nömrələrə edilən zənglərin cavablandırılması üzrə orta müddət 19 saniyə, qaynar xətlər üzrə 55 saniyə olub. Günün birinci yarısında stasionar nömrələr üzrə 21 saniyə, qaynar xətlər üzrə50 saniyə orta müddət qeydə alınıb. Günün ikinci yarısında stasionar nömrələr üzrə orta müddət 17 saniyə, qaynar xətlər üzrə 1 dəqiqə olub.

Demoqrafik göstəricilər üzrə təhlillərə əsasən, stasionar nömrələr üzrə zənglərə cavab verənlərin 16.8%-i və ya 139 nəfəri kişi, 83.2%-i və ya 690 nəfəri qadın olub. Qaynar xətlər üzrə zənglərə cavab verənlərin 14.2%-i və ya 201 nəfəri kişi, 85.8%-i və ya 1215 nəfəri qadın olub.

Monitorinq nəticələrinə əsasən, dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinə edilmiş ümumi zənglərin 61.6%-nə (840 zəng) cavab verilib, 38.4%-nə (524 zəng) cavab verilməyib. Stasionar nömrələr üzrə zənglərə günün müxtəlif saatlarında cavab vermə göstəricilərinə gəlincə, günün birinci və ikinci yarısında cavab verilmiş zənglərin sayında ciddi fərq nəzərə çarpmayıb:

Günün birinci yarısında stasionar nömrələr üzrə zənglərin 62.1%-nə və ya 424 zəngə cavab verilib, 37.8%-nə və ya 258 zəngə cavab verilməyib.
Günün ikinci yarısında stasionar nömrələr üzrə zənglərin 61.0%-nə cavab verilib, 39.0%-nə cavab verilməyib. Daha detallı qeyd etsək, günün birinci yarısında 416 zəng cavablandırılıb,266 zəng cavablandırılmayıb.

Stasionar nömrələr üzrə cavab verilmiş zənglərin 25.6%-nə və ya 346 zəngə ilk 10 saniyədə, 44.2%-nə və ya597 zəngə10 saniyə - 1 dəqiqə, 27.3%-nə və ya369 zəngə 1 - 5 dəqiqə, 3.0%-nə və ya40 zəngə 5 dəqiqədən çox müddət ərzində cavab verilib.

Təhlillər illər keçdikcə cavab verilmiş zənglər üzrə gözləmə müddətinin artdığını və ya ilk 10 saniyədə cavab verilmiş zənglərin sayının azaldığını göstərir.

Dövlət orqanlarının (qurumlarının) qaynar xətlərinə cari ildə edilmiş ümumi zənglərin mütləq əksəriyyəti, yəni 94.7%-i (1416 zəng) cavablandırılıb, 5.3%-i (80 zəng) cavablandırılmayıb.

Qaynar xətlər üzrə zənglərə günün müxtəlif saatlarında cavab vermə göstəricilərinə gəlincə, günün ikinci yarısı ilə müqayisədə günün birinci yarısında cavab verilmiş zənglərin sayında nisbi artım qeydə alınıb.

Günün birinci yarısında qaynar xətlər üzrə zənglərin 96.0%-i və ya 718 zəng cavablandırılıb, 4.0%-i və ya 30 zəng cavablandırılmayıb.
Günün ikinci yarısında qaynar xətlərə edilən zənglərin 93.3%-i və ya 698 zəng cavablandırılıb, 6.7%-i və ya 50 zəng cavablandırılmayıb.

Qaynar xətlər üzrə zənglərin 43.0%-nə və ya643 zəngə 10 saniyə, 37.6%-nə və ya 562 zəngə 10 saniyə - 1 dəqiqə, 12.6%-nə və ya189 zəngə 1 - 5 dəqiqə, 6.8%-nə və ya 102 zəngə 5 dəqiqədən çox müddətdə cavab verilib.

Избранный
11
2
teleqraf.com

3Источники