Kolumbiyanın cənub-qərbində partlayışlar dalğası baş verib.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Səlahiyyətlilər, ölkə polisini hədəf aldığı güman edilən hücumda azı 7 nəfərin öldüyünü bildirir.
Kolumbiya Milli Ordusu bildirib ki, partlayışlar Kali şəhərində və Kauka və Valle del Kauka departamentlərinin bir neçə şəhərində baş verib.
Kolumbiyanın Milli Polisi gün ərzində 20-dən çox terror aktının, o cümlədən avtomobillərin partladılması, silahlı hücumlar və partlayıcı qurğuların işə salınması barədə məlumat verib. Ən azı iki zabit həlak olub, mülki şəxslər, əsgərlər və polis də daxil olmaqla 28 nəfər yaralanıb.